Razı Nurullayev qəzada ölən məktəblilərin ailələrini ziyarət edib FOTO | Icma.az
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Dünən İmişli şəhərində avtoqəza nəticəsində həlak olan iki məktəbli qızın valideynlərinə və yaxınlarına baş çəkdim. Ağır faciə yaşanıb.
Allah gül balalara rəhmət eləsin!" "Cebheinfo.az" xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev deyib.
"Ağır yaralı olan üçüncü məktəbli qız isə Yeni Klinikada müalicə olunur. Bakıya dönən kimi gedib ziyarət edəcəyəm.
Valideynlərinə səbr arzulayıram. Klinika ilə əlaqə saxlamışıq. Dövlət və klinika tərəfindən bütün lazımi addımlar atılır.
İnşallah, tezliklə sağalsın, gedib evində də ziyarət edək",-deyə o bildirib.
"Cebheinfo.az " Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu