Razi Nurullayev qohumbazlıqdan danışdı: Peşəkar insanlar sıxışdırılır VİDEO

24.11.2026

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında maraqlar toqquşması ilə bağlı qanun layihəsi müzakirə olunub.

Lent.az “Operativ Media”ya istinadən xəbər verir ki, qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev diqqətçəkən fikirlər səsləndirib.

Deputat bildirib ki, qanun dilində maraqlar toqquşması adlandırılan məsələnin el arasında adı qohumbazlıqdır.

Onun sözlərinə görə, bəzən bir nəfərin vəzifəyə təyin olunması onun bütün ətrafının karyera yüksəlişinin başlanğıcına çevrilir.

Razi Nurullayev qeyd edib ki, belə hallarda vəzifəli şəxslərin qohumları, dostları və tanışları irəli çəkilir, illərlə həmin qurumda çalışan təcrübəli və peşəkar əməkdaşlar isə müxtəlif təzyiqlərlə üzləşirlər.

Deputat vurğulayıb ki, həmin şəxslər sıxışdırılır, incidilir, hətta işdən getməyə məcbur edilirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью