Razi Nurullayev: Sürücülər və turistlər bəzi yollarda azır

20.02.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rayonlardan kəndlərə gedən yolların bir çoxunda yol nişanları demək olar ki, yoxdur və bəzi yaşayış məntəqələrinin adları bəzi istiqamətlərdən görünmür.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda dəyişiklik layihəsi müzakirə olunarkən deputat Razi Nurullayev deyib.

O, rayon və kənd yollarının vəziyyətinə diqqət çəkib.

"Bu yollarda sürücülər və turistlər azırlar. Xaricdə xəritə açmadan belə yollardakı işarələrlə istənilən kəndə getmək mümkündür. Bizim yollarda isə bu imkan yox dərəcəsindədir. Kəndlərə GPS-lə getmək çətindir, hər yer tanınmır. Sürücülər dönməli olduqları yolu ötürürlər, çünki nişan yoxdur. Döngələrin olmaması vaxt itkisinə və gərginliyə səbəb olur",- parlament üzvü bəyan edib.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью