Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev "Cebhe.info” və “Cümhuriyət”-i fəaliyyətlərinin 11-ci ili münasibətilə təbrik edib.
Redaksiyaya daxil olan təbrik mətnində deyilir:
"Bu gün Azərbaycan mediasında özünəməxsus yeri olan “Cebhe.info” Xəbər Portalının 11-ci, “Cümhuriyət” qəzetinin isə yeni mərhələdə fəaliyyətə başlamasının ildönümüdür.
Mətbuat yalnız xəbər çatdırmaq deyil. Mətbuat həm də cəmiyyətin yaddaşı, insanların səsi, müxtəlif fikirlərin görüşdüyü və zamanın salnaməsinin yazıldığı bir məkandır.
Bu baxımdan, “Cebhe.info” və “Cümhuriyət” illər ərzində Azərbaycan media məkanında öz dəst-xəttini formalaşdırmağı bacarıb.
Ən böyük dəyər isə insan amilidir - xəbərin arxasında dayanan jurnalist, hadisəyə vicdanla yanaşan qələm sahibi, gecə-gündüz çalışan redaksiya əməkdaşı və bütün bunları oxucuya çatdıran peşəkar komanda.
Bu əlamətdar gün münasibətilə başda Rəfail Becanov olmaqla, “Cebhe.info” və “Cümhuriyət”-in bütün kollektivini ürəkdən təbrik edirəm.
Arzu edirəm ki, bundan sonra da sözünüzə inanan oxucularınız, qələminizə güvənən insanlar və cəmiyyət üçün faydalı işləriniz çox olsun. Yeni yaşınız yeni yaradıcılıq uğurları, daha böyük auditoriya və daha böyük media nailiyyətləri gətirsin.
İldönümünüz mübarək! Qələminiz iti, sözünüz dəyərli, yolunuz daim açıq olsun!"
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin