Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Model Razi Əliyeva həyat yoldşaı Nicat Əliyevin iddialarına cavab verib. Bununla bağlı o, instaqramda açıqlama yayıb.
Razi deyib ki, şəxsi həyatının heç vaxt yayımlanmağını istəməyib: “Məşhur olmaq istəməyən insan müsahibə vermir.
Mənim ondan ayrılma səbəblərini bilmirsə, niyə bütün yazışmalarımızda üzr istəyir?
O yerə çatdırsa, yazışmaları da göstərəcəm, amma o həddə çatırmaq istəmirəm. Kişilik edən axıra kimi edər.
Qadının pis günündə dəstək olan, daha sonra manipulyasiyalar etməz və hər zaman başına vurmaz.
Onun dediklərinin əksini göstərmək üçün mənim yetərincə sübutlarım var, sadəcə bunu etsəm, gərək çox da yaxşı şeylər haqqında danışmayım.
Nə olur olsun uşağımın atasıdır, ondan fərqli olaraq istəmirəm ki, sabah uşaq böyüyəndə bütün bu məsələlərə baxsın.