Razılaşdırılmış sənədi Ukraynadan kim imzalayacaq? Peskov

17.05.2025

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar nəticəsində razılaşdırılacaq sənədlərin imzalanması prosesində Moskva üçün ən fundamental məsələ bu sənədləri Ukrayna tərəfindən kimin imzalayacağıdır.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Eyni zamanda, nümayəndə heyətlərinin razılaşdıracağı sənədləri imzalayarkən, bizim üçün ən vacib və əsas məsələ bu sənədləri Ukrayna tərəfində məhz kimin imzalayacağıdır”, – Peskov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu məsələ Rusiya üçün həlledici əhəmiyyət daşıyır və danışıqlar prosesinin legitimliyinə birbaşa təsir göstərir.

Fidan Hacızadə
Sfera.az

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью