Razılaşma olsa belə, ABŞ etibarlı deyil Qalibaf

18.06.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mənim ABŞ-a qarşı pessimizmim və inamsızlığım hər kəsdən daha böyükdür.

Axar.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.

“Yekun razılaşma olsa və BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənsə belə, ABŞ yenə də etibarlı deyil. Bizim zəmanətimiz İranın gücüdür.

Müharibə zamanı mən X-da Hörmüz boğazının heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacağını yazmışdım və bu, bu gün də qüvvədədir. Lakin bu, Hörmüz boğazında beynəlxalq hüquqa və ya dəniz qaydalarına zidd hərəkət etmək niyyətində olduğumuz anlamına gəlmir. Biz beynəlxalq hüquq çərçivəsində hərəkət edəcəyik”, - o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью