Razılaşma pozuldu: ABŞ gözlənilən texnikanı ora göndərir

16.12.2024

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Tayvana 38 ədəd “Abrams” tankı tədarük edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Frans Press Agentliyi məlumat yayıb.

Bunun Tayvana verilməli olan tankların ilk partiyası olduğu bildirilir. Çin isə hələ məsələyə heç bir reaksiya verməyib.

Qeyd edək ki, sözügedən tanklar Tayvana bu ilin ortasında verilməli olsa da, Çin-in ABŞ-a etirazı səbəbindən təhvil tarixi ertələndi. Pekin Vaşintonun Tayvanı silahlandırmasının qarşısını ən sərt formada alacağı ilə bağlı xəbərdar etmişdi. Ümumilikdə isə Tayvana 108 ədəd “Abrams” tankının göndərilməsi nəzərdə tutulur.

Əliyar Xəlil
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью