Razılığın əldə olunması İsrailin məğlubiyyəti deməkdir İran

16.01.2025

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fələstinin radikal HƏMAS hərəkatı ilə İsrail arasında Qəzza zolağında saxlanılan girovların azad edilməsi və atəşkəsin tətbiqi ilə bağlı razılığın əldə olunması Fələstinin danılmaz qələbəsi, yəhudi dövlətinin isə böyük məğlubiyyəti idi. 

Redaktor.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu bildirib.

"Bu gün müharibənin başa çatması və sionist rejimə qarşı atəşkəsin tətbiqi Fələstin üçün danılmaz və böyük qələbəyə, dəhşətli sionist rejimi üçün isə daha böyük məğlubiyyətə çevrilib", - İİKK mətbuat xidməti bildirir.

Bənövşə HƏSƏNOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью