Razılıq əldə olunur: Messi müqaviləni bu tarixə qədər uzadacaq

28.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

“İnter Mayami”nin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatının sonuna qədər komanda ilə yeni müqavilə imzalamağa yaxındır.

Publika.az xəbər verir ki, tərəflər arasındakı hazırkı müqavilə 2025-ci ilin dekabrına qədər qüvvədədir. Bu barədə jurnalist Qaston Edul “X” sosial şəbəkəsində məlumat verib.

Edul əlavə edir ki, tərəflər müqaviləni uzatmağa yaxındırlar.

37 yaşlı Messi 2023-cü ilin yayında azad agent kimi Amerika klubunun oyunçusu olub. “İnter Mayami”də keçirdiyi 39 matçda argentinalı 34 qol vurub, 18 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью