Razim Məmmədov XİN in verdiyi xidməti pasportu itirdi | Icma.az
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xətai Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədov xidməti pasportunu itirib.
Hurriyyet.az xəbər verir ki, sənədi ona Azərbaycan Xarici İşlər Nazirliyi verib.
Xidməti pasportun hansı şəraitdə itdiyi məlum olmasa da, onun etibarsız sayılması barədə elan verilib.
Qeyd edək ki, Razim İsa oğlu Məmmədov 1966-cı ildə anadan olub.
2006-2018-ci illərdə Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin başçısı işləyib.
Teleqraf.com Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu