Reabilitasiya Mərkəzində başını divara çırpan xəstə öldü

07.02.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Gəncədə tibb müəssisəsində özünə xəsarət yetirən xəstə vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə Reabilitasiya Mərkəzində müalicə alan şəhər sakini M.Vəlixanov fevralın 5-də başını divara vurub.

Nəticədə o, ağır xəsarət alıb.

M.Vəlixanov fevralın 6-da aldığı xəsarətdən vəfat edib. Bildirilib ki, özünə xəsarət yetirən şəxs ruhi-əsəb xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью