Reabilitasiya mərkəzində ölüm Elgiz Alxanov həbs olundu

05.12.2024

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Həyat üçün şans” reabilitasiya mərkəzinin təssisçisi və rəhbəri Elgiz Alxanov həbs edilib.

Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, onun həbs olunmasına səbəb sözügedən mərkəzdə müalicə alan pasientlərdən birinin işgəncə nəticəsində ölməsidir.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Həmçinin, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən villalardan birində fəaliyyət göstərən həmin reabilitasiya mərkəzinin qanuni əsaslarla fəaliyyət göstərib-göstərmədiyi də araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью