Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Narkomaniyaya düçar olan şəxslərin müalicəsi üçün aidiyyəti qurumlar tərəfindən müxtəlif tədbirlər görülür.
Narkomaniyaya qurşananların müalicə alması üçün son dövrlərdə yaradılan özəl reabilitasiya mərkəzlərinin sayı da artır. Ancaq bu mərkəzlərin iş prinsipi, qəbul qaydaları, qiymətləri fərqlidir və maraq doğurur.
Narkomaniya üzrə ekspert Emil Maqalov “Cebheinfo.az”-a bildirib ki, narkomaniya xəstəlikdir və seçim deyil:
“Narkotik xəstəsini fiziki ağrıdan çıxarmaq üçün Narkoloji Dispanser var, amma demək olar ki, yoxdur. Bu dispanserdən 10-15 dəfə müalicə alıb çıxan var ki, yenidən müalicə üçün geri qayıdır, çünki reabilitasiya yoxdur. Bu mərkəzlərdə xəstəni fiziki asılılıqdan çıxarmaq var, amma bu müalicə deyil. Orada müalicə reabilitasiya mərkəzlərindəki kimi olmalıdır.
Reabilitasiya mərkəzləri isə reklam olunmamalıdır. Aidiyyəti dövlət qurumlarının sayəsində narkomanların sayı azalır və onların otuz faizi reabilitasiya mərkəzlərinin sayəsində bu xəstəlikdən azad olublar. Burada əsas məsələ ondan ibarətdir ki, xəstələr sağalmaları üçün həkim, psixoloq nəzarətində olmalıdırlar”.
Ekspert bildirib ki, hazırda bir narkomaniya xəstəsinin orta hesabla müalicə xərci ayda 1000 manatdır:
“Əgər müalicəyə həkim və psixoloq da cəlb olunsa, müalicənin minimum qiyməti 3000 manat olacaq. Bu halda isə müalicə almağa hər kəsin imkanı çatmayacaq. Bu xəstəliyə düçar olan şəxslər müalicə üçün mərkəzlərə məcburi aparılmalıdırlar. Reabilitasiya mərkəzlərində əlli faiz xəstə varsa, onların iyirmi beş faizi kiminsə xahişi ilə ödənişsiz müalicə alır. Bu mərkəzlərdə bütün narkomaniya xəstələri müalicə ala bilər”.
Ekspert onu da qeyd edib ki, reabilitasiya mərkəzlərində anonimlik qorunmalıdır.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin