Read Səmədov yarışda üçüncü yeri tutdu

05.11.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

BƏƏ-nin Əl-Əyn şəhərində rapid və blits üzrə gənclər arasında dünya çempionatı (U-20) keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı yarışda Read Səmədov və Şiroğlan Talıbov təmsil edir.

Rapid üzrə mübarizədə 9 turdan sonra 7 xal toplayan Read Səmədov yarışda üçüncü yeri tutub. O, liderdən cəmi yarım xal geri qalıb. Talıbov isə 6,5 xalla 8-ci olub.

Ümumilikdə turnirdə 91 şahmatçı mübarizə aparır. Turnirdə bu gün və sabah blits üzrə yarışlar keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью