Reaksiya TV bu gün arzuladığım yerdədir Zaur Qəriboğlu | Icma.az
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır. "Reaksiya Media Group" bu gün 10 yaşını qeyd edir.
"Reaksiya.az" saytının təsisçi və baş direktoru Zaur Qəriboğlu 10 illik fəaliyyəti və gələcək planları ilə bağlı AZXEBER.COM-a müsahibə verib.Həmin müsahibəni təqdim edirik: - Zaur bəy, bu gün Reaksiya.az-ın 10 yaşı tamam olur.
Geriyə baxanda 10 ili necə qiymətləndirirsiniz? - On il öncəni qiymətləndirərkən onu deyə bilərəm ki, bu illər çox keşməkeşli keçib.
Həmin vaxtlarda qarşımızda çox maneələr, çox problemlər oldu. Amma biz bunlara sinə gərdik, dayandıq, dözdük, "hər şey Vətən üçün" dedik.
"Reaksiya TV"yə gəlincə isə deyə bilərəm ki, tv kanalımız portaldan 3 il sonra yaranıb.
Düşünürəm ki, "Reaksiya TV" bu gün arzuladığım yerdədir. Ancaq etiraf edim ki, "Reaksiya TV"nin bu yerə gəlməsi çox çətin oldu.
Amma əsas odur ki, oldu. Bir şeyi etiraf edim ki, mən ümumiyyətlə çox arzulayan adam deyiləm.
Yəni, böyük şeylər arzulamıram, kiçik şeylərdən başlayıram. Mənə elə gəlir ki, bu yetərlidir.
Tam oxu
Xəbəri oxu