Reaktiv təyyarə aviaşouda partladı

23.03.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Cənubi Afrika Respublikasının (CAR) qərbindəki Saldanya şəhəri yaxınlığında hava şousu zamanı bir nəfərlik təyyarə qəzaya uğrayıb, pilot həlak olub.

Avtosfer.az xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

Məlumatda 2 000-ə yaxın insanın “Impala” təlim təyyarəsinin qəzaya uğramasının şahidi olduğu qeyd edilib. Təyyarə qəzaya uğrayaraq yanıb. Pilot vaxtında katapulta edə bilməyib.

Hadisə zamanı digər xəsarət alan olmayıb.

Radiostansiyanın məlumatına görə, təyyarənin qəzaya uğramasına güclü külək səbəb ola bilərdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью