Real 125 milyona oyunçu transfer edib

22.08.2026

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın "Real" klubu Fildişi Sahili millisinin futbolçusu Yan Diomandeni Almaniyanın "Leyptsiq" klubundan transfer edib.

Modern.az xəbər verir ki, bu barədə "Kral klubu"nun mətbuat xidməti məlumat yayıb.

Madrid təmsilçisi bu keçid üçün 125 milyon avro ödəyib, daha 15 milyon avro isə bonuslar şəklində nəzərdə tutulub. 19 yaşlı futbolçu ilə 2033-cü ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, Diomande 2025-ci ilin yayında İspaniyanın "Leqanes" klubundan "Leyptsiq"ə keçib. O, Almaniya komandasında müxtəlif turnirlərdə 36 oyuna çıxaraq 13 qol vurub və 10 məhsuldar ötürmə edib.

Kot-d'İvuar millisində isə futbolçunun aktivində 14 oyunda 3 qol və 1 məhsuldar ötürmə var. O, 2026-cı il dünya çempionatında 4 matçda iştirak edib və bir dəfə fərqlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью