“Real” 15 ildir belə uduzmurdu

06.11.2024

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Real” ardıcıl iki ev oyununda üç və ya daha çox qol buraxaraq uduzub.

QOL.az xəbər verir ki, La Liqanın son turunda “Barselona”dan 4 cavabsız top buraxan Madird klubu Çempionlar Liqasında “Milan”a 1:3 hesabı ilə məğlub olub.

Paytaxt təmsilçisi bununla da 15 il əvvəlki antirekordu təkrarlayıb. "Real"i son dəfə 2009-cu ilin mayında bu halla üzləşmişdi. Həmin vaxt komanda La Liqada “Barselona” (2:6) və “Malyorka”ya (1:3) evdə uduzmuşdu.

Qeyd edək ki, 4 oyunda 6 xal toplayan “Real” Çempionlar Liqasının Liqa mərhələsində 17-ci pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью