Real 18 yaşlı futbolçu ilə ortaq məxrəcə gəlib

21.12.2024

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Leqanes"in müdafiəçisi Lamin Fati "Real"a keçəcək. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Tərəflər anlaşma ilə bağlı yekun razılığa gəliblər. Onun transfer dəyəri 120 min avro qiymətləndirilir. 18 yaşlı futbolçu karyerasına "Real"ın ikinci komandasında başlayacaq. Onun "kral klubu" ilə müqaviləsi 5 illik olacaq.

Madridlilər hazırda İspaniya çempionatının turnir cədvəlində 3-cüdür. Karlo Ançelottinin yetirmələri 17 oyundan sonra 37 xalla lider "Barselona"dan 1 xal geri qalır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью