Real 20 yaşlı hücumçunu transfer etdi

12.07.2025

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Real" "Almeriya"nın hücumçusu Rəşad Fettalı transfer edib. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

20 yaşlı futbolçu əvvəlcə Madrid təmsilçisinin ikinci komandası "Kastilya"nın heyətində çıxış edəcək. 

Fettal 2020-ci ildən "Almeriya" klubunun sistemində idi. O, əsas komandanın heyətində 21 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Rəşad Fettal əvvəllər İspaniyanın U-18 yığmasında çıxış etsə də, sonradan Mərakeşin U-20 millisini təmsil etməyə başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью