Real 22 yaşlı hücumçusu üçün təyin etdiyi məbləğ məlum oldu

30.07.2026

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Real"ın Qonzalo Qarsiya üçün tələb etdiyi məbləğ məlum olub.

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, "Fulhem" 22 yaşlı hücumçunun transferinə getdikcə daha da yaxınlaşır. Bununla belə, Madrid klubu futbolçu ilə vidalaşıb-vidalaşmamaq məsələsində hələ də müəyyən tərəddüd yaşayır.

“Real” futbolçunun transfer hüquqlarının 50 faizi üçün 30 milyon avro tələb edir. Bu isə o deməkdir ki, “Fulham” oyunçunun hüquqlarının 100 faizini almaq istəsə, təxminən 60 milyon avro ödəməli olacaq.

Madrid təmsilçisi Qonzalo Qarsiyanın transfer hüquqlarının bir hissəsini özündə saxlamağa üstünlük verir. Lakin “Fulhem” futbolçunun mümkün uğursuz çıxışından çəkinmədən onun hüquqlarının tam həcmdə alınmasını istəyir.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью