“Real” 45 milyonluq transferə hazırlaşır

04.06.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Real” heyətini yeni müdafiəçi ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi “Benfika”dan Alvaro Karrerası transfer etməyə yaxındır. Bu barədə “OK Diario” nəşri məlumat yayıb. “Real” Karreras üçün 45 milyon avro qarşılığında razılaşıb.

“Kral klubu” oyunçunu Klublararası dünya çempionatının startına qədər heyətinə qatmağı planlaşdırır.

Karreras başa çatan mövsümdə Portuqaliya çempionatında 32 oyuna çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью