Real 8 oyunçusunu GÖNDƏRƏCƏK siyahıda

15.12.2025

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Real Madrid" yay transfer dönəmində heyətində ciddi dəyişikliklər etməyə hazırlaşır və bir neçə futbolçunu satış siyahısına salmağı planlaşdırır.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi mövsüm ərzində gözləntiləri doğrultmayan və ya əsas heyətdə müntəzəm şans qazanmayan oyunçularla yolları ayırmağı nəzərdən keçirir.

Satışa çıxarılması gündəmdə olan futbolçular arasında vinger Qonsalo Qarsiya və hücumçu Rodriqo, qapıçı Andrey Lunin, müdafiəçilər Ferlan Mendi və Fran Qarsiya, eləcə də yarımmüdafiəçilər Daniel Sebalyos, Brahim Dias və Eduardo Kamavinqa yer alır.

Məlumatda qeyd olunur ki, adıçəkilən oyunçuların transferi klubun büdcəsinə əhəmiyyətli maliyyə vəsaiti qazandırmaqla yanaşı, maaş yükünün də xeyli azalmasına səbəb olacaq.

Hüseyn
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью