Real a Arda ilə bağlı şərt irəli sürüldü 100 milyonluq transfer

17.04.2025

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Arsenal” Salibanı istəyən “Real Madrid”ə mübadilə təklif edib.

Metbuat.az xəbər verir ki, “Real” iki futbolçunu təklifə daxil edərsə, “Arsenal” Salibanın getməsinə razılıq verəcək. Xarici KİV-lərin məlumatına görə, “Arsenal” müdafiəçinin “Real”a transferinə razılıq vermək üçün Arda və Endriki tələb edir. Bildirilir ki, “Arsenal” Salibanı 100 milyon avrodan aşağı satmaq istəmir. Məlumata görə, “Real” iki istedadlı futbolçunu klubdan göndərmək istəmir. Bundan əvvəl “Real”ın Saliba üçün təklifə Arda Güleri daxil edə biləcəyi barədə xəbərlər dərc edilmişdi.

Qeyd edək ki, Salibanın “Arsenal”la müqaviləsi 2027-ci ildə yekunlaşır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью