Real a El Klassiko da zədə şoku erkən əvəzlənmə

27.04.2025

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Real"ın futbolçusu Ferlan Mendi hazırda davam edən "Barselona" ilə matçda zədələnib və matçı erkən tərk edib.

Sportal.az xəbər verir ki, İspaniya Kubokunun final matçında 9-cu dəqiqədə Madrid klubunun müdafiəçisi Ferlan Mendi katalonların futbolçusu Jül Kunde ilə toqquşmadan sonra tibbi yardım almağa məcbur olub. 11-ci dəqiqədə isə Mendi əvəz olunub və onun yerinə Fran Qarsiya meydana daxil olub.

Qeyd edək ki, ilk hissəsi davam edən matçda "Barselona" 28-ci dəqiqədə Pedrinin vurduğu qola 1:0 hesabı ilə öndədir.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью