Real a keçə bilər

25.05.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Real"a keçə bilər

İtaliyanın "İnter" klubunun müdafiəçisi Alessandro Bastoni karyerasını İspaniyanın "Real" klubunda davam etdirə bilər.

QOL.az xəbər verir ki, "The Touchline" nəşrinin məlumatına görə, yaxın vaxtlarda Madrid təmsilçisini çalışdıracağı ehtimal olunan Joze Mourinyo italiyalı oyunçunun transferinə maraq göstərir.

Məlumata görə, "Barselona" da müdafiəçini heyətinə qatmaq istəsə də, 70 milyon avroluq transfer qiymətinin klubu bu fikirdən daşındırıb. "Kral klubu"nun isə müvafiq məbləği ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, başa çatan mövsümdə Bastoni bütün turnirlərdə ümumilikdə 40 matçda meydana çıxaraq 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Milan təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью