Real a keçsə, ən bahalı satış ola bilər

28.05.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Real"a keçsə, ən bahalı satış ola bilər

"Real" yay transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyə hazırlaşır.

QOL.az xəbər verir ki, "Diario Sport"un məlumatına görə, Madrid klubu Toni Kroos və Luka Modriçin gedişindən sonra yaranan boşluğu doldurmaq üçün Enzo Fernandesi əsas hədəflərdən biri kimi müəyyənləşdirib. 

Məlumata görə, uğursuz mövsümdən sonra futbolçu özü də "Çelsi"dən ayrılıb Madrid klubuna keçidə isti yanaşır. Artıq "Real" nümayəndələrinin futbolçunun meneceri ilə əlaqə saxladığı bildirilir.

Qeyd edək ki, bu fonda London klubu 24 yaşlı yarımmüdafiəçi üçün təxminən 140 milyon avro tələb edir. Bu keçid baş tutarsa, Enzo "Çelsi" tarixində ən bahalı satışı olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью