Real Almaniya millisinin müdafiəçisini transfer etmək istəyir

11.11.2024

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniya millisinin və Leverkuzen "Bayer"inin müdafiəçisi Conatan Ta İspaniyaya yollanmağa yaxındı. Sport24.az xəbər verir ki, bu barədə "Todofichajes" nəşri məlumat yayıb.

Madrid "Real"ı almaniyalı futbolçunun xidmətində maraqlıdır. "Kral klubu" mərkəz müdafiəçilərinin zədələnməsi səbəbindən bu mövqeni gücləndirmək istəyir. Transferin yanvarda reallaşacağı bildirilir.  

Qeyd edək ki, Conatanın "əczaçılar"la hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. O, Almaniya çempionatının cari mövsümündə 10 oyun keçirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью