“Real” Ançelotti ilə yolları ayıra bilər İdmanXəbər

13.01.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.

İspaniya superkubokunun finalında “Barselona”ya məğlub olan (5:2) “Real” baş məşqçi Karlo Ançelotti ilə yollarını ayıra bilər.

İdmanxeber.az-ın məlumatına görə, İspaniya mətbuatında bu barədə xəbərlər dərc edilir. İddia edilir ki, rəhbərlik artıq yeni mütəxəssis axtarışındadı.

Ançelotti məşqçilik karyerasında 11-ci dəfə “Barselona”ya uduzub. Onun komandası bunun qarşılığında kataloniyalılar üzərində 10 qələbə qazanıb və 3 heç-heçə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью