Real Ançelottini buraxmaq istəmədi Braziliya ilə gərginlik

09.05.2025

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Braziliya Futbol Federasiyası ilə “Real Madrid” arasında gərginlik baş verib.

Metbuat.az xəbər verir ki, federasiya “Real” rəhbərliyindən Karlo Ançelottini vaxtından əvvəl buraxmasını tələb edib. “Real” rəhbərliyi isə tələbi rədd edib. Ardınca Braziliya Futbol Federasiyası “Real Madrid” klubunu Braziliyada bütün akademiya oyunlarına qadağa qoymaqla hədələyib. Bu qalmaqaldan sonra “Real” tərəfi klubun U18 komanda seçmələrini Braziliya əvəzinə ABŞ-də keçirməyə qərar verib. Braziliya Futbol Federasiyası hədəsini geri çəksə də, “Real” geri çəkilməyib.

İspaniya klubu akademiyaya istedadlı futbolçuların seçimlərini ABŞ-də keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью