Real Arbeloanı qova bilər

16.04.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Real" Arbeloanı qova bilər

"Real" baş məşqçisi Alvaro Arbeloa istefaya göndərə bilər.

QOL.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb.

Ötən gecə Madrid təmsilçisi Çempionlar Liqasının 1/4 final mərhələsindin cavab oyunları çərçivəsində "Bavariya" uduzaraq (3:4, ilk oyun - 1:2) mübarizəni dayandırıb. Klub La Liqada da gözləntiləri doğrultmur. Komanda hazırda lider "Barselona"dan 9 xal geridədir və 2-cidir. Bu nəticələri nəzərə alaraq, rəhbərlik məşqçi dəyişikliyi etməyi düşünür. Lakin qeyd olunur ki, klub rəhbərliyi belə bir addımı yalnız mövsüm bitdikdən sonra atacaq.

Səbəb odur ki, hazırda yeni məşqçi işə götürməyin mənası yoxdur. "Kral klubu"na görə, Arbeloa paltardəyişmə otağındakı atmosferi yaxşılaşdırıb ki, bu da may ayına qədər peşəkar ab-havanın qorunmasına kömək edəcək.

Arbeloa 2026-cı ilin yanvar ayında "Real"a rəhbərlik etməyə başlayıb. Onun İspaniya təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью