Real Arda ilə razılıq əldə etdi

05.10.2026

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Real" Arda Güləri uzun illər komandada saxlamağı planlaşdırır.

Sportal.az xəbər verir ki, "kral klubu" yaxın günlərdə türkiyəli futbolçu ilə yeni müqavilə imzalayacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

La Liqa nəhəngi artıq Arda ilə razılıq əldə edib. 21 yaşlı hücumameeyilli yarımmüdafiəçi ilə yeni uzunmüddətli sözləşmə imzalanacaq.

Qeyd edək ki, "Real" Arda Güləri 2023-cü ilin yayında "Fənərbaxça"dan 23 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla mövcud müqaviləsi 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью