Real argentinalı yarımmüdafiəçi ilə maraqlanır

14.04.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Argantinalı yarımmüdafiəçi Aleksis Makalister "Real"ın maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, o, Madrid klubunda karyerasının sonunu yaşayan Luka Modriçin əvəzləyə bilər.

Amma futbolçunun atası açıqlamasında Aleksisin "Liverpul"da xoşbəxt olduğunu bildirib. Buna baxmayaraq, 26 yaşlı futbolçunun Mançesterdə yaşaması onun sərfəli təkliflərə yox deməyəcəyi ehtimallarını meydana çıxarıb.

Qeyd edək ki, Makalister bu mövsümdə "Liverpul"un heyətində bütün turnirlərdə 45 oyunda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью