Real Arsenal ın gənc oyunçusu ilə maraqlanır

29.05.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Real" "Arsenal"ın futbolçusu Maylz Lyuis-Skelli ilə ciddi maraqlanır. 

QOL.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Madrid təmsilçisinə məlum olub ki, London klubunun 18 yaşlı sol cinah müdafiəçisi ilə müqavilənin uzadılması ilə bağlı danışıqları dalana dirənib. "Topçular" Lyuis-Skellini komandada saxlamaq üçün bütün imkanlarını işlətməlidirlər.

Qeyd edək ki, bu mövsüm müdafiəçi İngiltərə çempionatında 23 oyunda iştirak edib və 1 qol vurub. Lyuis-Skellinin klubla olan hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью