“Real” “Atletik Bilbao” ilə bacarmadı

05.12.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

İspaniya çempionatının 19-cu turunda “Real Madrid” “Atletik Bilbao”nun qonağı olub.

“Qafqazinfo”nun məlumatına görə, qarşılaşma “Atletik Bilbao”nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 53-cü dəqiqədə ev sahiblərinin hücumçusu Aleks Berenger açıb. 69-cu dəqiqədə Killian Mbappe penaltini reallaşdıra bilməyib. 79-cu dəqiqədə Cud Bellinqem hesabı bərabərləşdirib. 80-ci dəqiqədə “Atletik” Qorka Qurusetanın qolu ilə hesabda önə keçib.

Qeyd edək ki, “Real Madrid” 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Atletik Bilbao” isə 29 xalla dördüncü yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью