“Real” “Barsa”nı məğlub etdi

26.10.2025

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniya La Liqasının 10-cu turunda “Real Madrid” və “Barselona” komandaları üz-üzə gəlib.

Missiya.Az xəbər verir ki, oyun kral klubunun 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda ev sahibi komandanın qollarını Kilian Mbappe (22-ci dəq) və Cud Bellinqem (43-cü dəq) vurub. Rəqim komandada yeganə qolun müəllifi isə Fermin Lopez (38-ci dəq) olub.

Beləliklə “Real” xallarının sayını 27-yə çatdıraraq turnir cədvəlində liderliyini qoruyub saxlayıb. “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.

Daşqın Həsənov

Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью