Real Barselona ilə bağlı paylaşım etdi FOTO

29.11.2024

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kataloniya nəhəngi "Barselona" yaranmasının ildönümünü qeyd edir.

Metbuat.az xəbər verir ki, "Barselona"nın əzəli rəqibi "Real Madrid" bununla bağlı paylaşım edib. Təbrikdə "”Barselona”, səni 125 illik yubileyin münasibətilə təbrik edirik. Tariximiz boyu sizin kimi böyük bir rəqiblə mübarizə aparmaq “Real Madrid” üçün şərəfdir" - deyə bildirilib.

Qeyd edək ki, 1899-cu ildə əsası qoyulan “Barselona” 125 illik yubileyini qeyd edir. Kataloniya nəhəngi bununla bağlı tədbir keçirib. Tədbirdə idmançılar və əfsanələr iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью