“Real” “Barselona” ilə bağlı sənədləri UEFA ya təqdim etdi

01.10.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi

Madrid “Real”ı “Barselona”nın hakimlərin sabiq texniki komitəsinin (CTA) vitse-prezidenti Xose Mariya Neqreyra ilə əlaqəsinə dair sənədləri UEFA-ya təqdim etdiyini açıqlayıb.

QOL.az xəbər verir ki, klubun rəsmi saytında yayılan açıqlamada UEFA-nın Madrid təmsilçisinin şikayətini qəbul etdiyi və “Barselona”nın Neqreyraya etdiyi ödənişlərlə bağlı araşdırmanı davam etdirdiyi bildirilib.

“Real” UEFA-ya təqdim etdiyi sənədlərin geniş sübut bazasını əhatə etdiyini və məsələnin yarışların dürüstlüyü, eləcə də hakimlik sisteminə inam baxımından ciddi əhəmiyyət daşıdığını qeyd edib.

Madrid klubu araşdırmanın mümkün qədər tez yekunlaşdırılmasını və müəyyən ediləcək faktlara uyğun qərar qəbul olunmasını xahiş edib.

Qeyd edək ki, “Real” UEFA ilə əməkdaşlığı davam etdirəcəyini və Avropa futbolunda dürüstlük, şəffaflıq və “fair-play” prinsiplərinə zidd hesab etdiyi halların araşdırılması üçün bütün mümkün addımları atacağını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью