Real Barselonanı təbrik edib

30.11.2024

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Real”ın mətbuat xidməti sosial şəbəkə vasitəsilə “Barselona”nı ad günü münasibətilə təbrik edib.

Apasport.az xəbər verir ki, “kral klubu” sosial şəbəkə hesabındakı paylaşımında əzəli rəqibini yubiley münasibətilə təbrik etdiklərini bildirib:

“Barselona”nı 125 illik yubileyi münasibətilə təbrik edirik. Tariximiz boyu belə bir klubla rəqabət aparmaq bizim üçün böyük şərəfdir”.

Qeyd edək ki, Kataloniya klubu noyabrın 29-da 125 illik yubileyini qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью