“Real” “Barselona”nın istədiyi futbolçunu pulsuz transfer edir

04.04.2025

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Real Madrid"in "Liverpul"un futbolçusu Trent Alexander-Arnoldla razılığa gəldiyi iddia edilib.

Metbuat.az xəbər verir ki, futbolçunun İngiltərə klubu ilə müqaviləsi mövsümün sonunda yekunlaşır. Buna görə də, razılıq reallaşarsa futbolçu “Real”a pulsuz transfer olacaq. Futbolçu ilə “Barselona” və “Bavariya” klublarının da maraqlandığı deyilir. İddialara görə, "Liverpul" futbolçunu klubda saxlamaq üçün israr etsə də, o karyerasını başqa klubda davam etdirmək istəyir.

Qeyd edək ki, Trent Alexander-Arnoldun transfer dəyəri 75 milyon avrodur. O, bu mövsüm "Liverpul"un heyətində 39 matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью