“Real” “Barselona”nın qarşısına Kurtuasız çıxacaq

25.10.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

"Real Madrid"in belçikalı qapıçısı Tibo Kurtua qripə yoluxduğu üçün İspaniya çempionatının 10-cu turunda "Barselona"ya qarşı səfər oyununda iştirak edə bilməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

"Kurtua qrip səbəbindən "Real" və "Barselona" arasında keçiriləcək bugünkü çempionat oyunundan son anda kənarda qalıb", - klubun açıqlamasında bildirilib.

Qeyd edək ki, qarşılaşma oktyabrın 26-sı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью