Real Barselonanın yetirməsini hədəfə aldı

07.12.2024

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Real" "Leypsiq" klubunun yarımmüdafiəçisi Xavi Simonsla maraqlanır.

Publika.az xəbər verir ki, bu barədə "El Gol Digital" məlumat yayıb.

Mənbənin sözlərinə görə, müqavilə ilə PSJ-yə məxsus olan 21 yaşlı futbolçunun transferi “qalaktikos”a təxminən 80 milyon avroya başa gələcək. "Transfermarkt" portalında oyunçunun dəyəri məhz bu məbləğdir.

“Barselona”nın yetirməsi olan Xavi cari mövsümdə icarə əsasında çıxış etdiyi Almaniya klubunda 11 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Heybət

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью