“Real” “Barselona”ya rəqib oldu

21.05.2025

Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Real” “Atletik”in vingeri Niko Uilyamsla maraqlanır. 

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubunun rəhbərliyi yayda oyunçu üçün hərəkətə keçir. İspaniyalı hücumçunun da “kral klubu”na keçməyə müsbət yanaşdığı bildirilir. Uilyams bir müddət öncə “Barselona”nın da gündəmində idi.

Bu mövsüm o, 44 ​​oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.

“Transfermarkt” bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir. Onun bask klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью