“Real” “Benfika” ilə razılığa gələ bilmir

07.06.2025

Icma.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Real” “Benfika”nın müdafiəçisi Alvaro Karrerasla  razılığa gələ bilmir.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu 22 yaşlı ispan futbolçu üçün 35 milyon avro təklif edir. “Benfika” isə 50 milyon avro məbləğində çıxış haqqı tələb edir.

Karreras 2024/25 mövsümündə “Benfika”da 50 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2029-cu il 30 iyunda başa çatır.

Transfermarkt məlumatına görə, futbolçunun transfer qiyməti 35 milyon avrodur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью