“Real” Bernardo Silvanın transferini elan edib

17.06.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

“Real Madrid” portuqaliyalı yarımmüdafiəçi Bernardo Silva ilə iki illik müqavilə imzaladığını elan edib.

APA xəbər verir ki, bu barədə “Real Madrid” klubu açıqlama yayıb.

31 yaşlı futbolçu azad agent kimi İspaniya klubuna transfer olunub.

Qeyd edək ki, o, karyerasının son doqquz ilini “Mançester Siti”də keçirib. Silva hazırda Portuqaliya millisi ilə dünya çempionatında iştirak edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью