“Real Betis” və “Çelsi” kubok uğrunda mübarizə aparacaq

28.05.2025

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Bu gün UEFA Konfrans Liqasının finalı çərçivəsində “Real Betis” və “Çelsi” arasında görüş keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, Polşanın Vrotslav şəhərindəki “Tarçinski Arena” stadionunda baş tutacaq qarşılaşma  21:00-da (Bakı vaxtı ilə 23:00 - red.) başlayacaq.
“Real Betis” üçün bu, onların Avropa klub turnirində ilk finalı olacaq. Klub rəhbərliyi vurğulayır ki, finala yüksəlmək komandanı inkişaf etdirmək və Avropada statusunu yüksəltmək üçün uzun illər zəhmətin nəticəsidir.
“Çelsi” isə UEFA-nın dörd əsas turnirinin hamısında: Çempionlar Liqası, Avropa Liqası, Super Kubok və indi Konfrans Liqasında qalib gələn ilk klub kimi adını tarixə yazmaq imkanına malikdir.
 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью