Real Borussiya nı mübarizədən kənarlaşdırıb VİDEO

06.07.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Klublarası dünya çempionatında son yarımfinalçı bəlli olub.

İdman.biz xəbər verir ki, 1/4 finalda Almaniyanın ikinci komandası da turnirlə vidalaşıb.

Dortmund "Borussiya"sı "Real"la qarşılaşıb. 2024-cü ildə Çempionlar Liqasının finalında üz-üzə gələn komandaların görüşündə bu dəfə də Madrid təmsilçisi qələbə qazanıb. 20 dəqiqəyə iki dəfə fərqlənən madridlilər üstünlüyü sonadək qoruyublar. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə isə komandalar 3 qol vurublar - 3:2.

"Real" yarımfinalda "Bavariya"nı məğlub edən PSJ ilə qarşılaşacaq.

Dünya çempionatı
1/4 final

5 iyul
00:00. Real (İspaniya) - "Borussiya" D (Almaniya) - 3:2
Qollar:
Qonsalo Qarsiya, 10. Fran Qarsiya, 20. Kilian Mbappe, 90+4 - Beyer, 90+3. Girassi, 90+7 (p.)

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью