“Real” braziliyalı futbolçu transfer edir İdmanXəbər

17.01.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

“Mançester Sİti”nin futbolçusu Savinyo “Real”ın maraq dairəsindədi.

İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi braziliyalı vingeri heyətinə qatmaq niyyətindədi. “Real” İngiltərə klubuna 20 yaşlı oyunçu üçün təklif göndərməyi planlaşdırır.

Braziliya millisinin üzvü olan gənc futbolçu Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 27 rəsmi matçda 1 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью