Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Real” mövsümün sonunda Vinisius Juniorla yollarını ayıra bilər.
İdmanxeber.az-ın məlumatına görə, klub braziliyalı futbolçunu Səudiyyə Ərəbistanı klublarına təklif etməyi planlaşdırır. Madrid təmsilçisi 25 yaşlı vingerin satışından təxminən 250 milyon avro gəlir gözləyir.
Qeyd edək ki, Vinisius 2018-ci ildə “Flamenqo”dan “Real”a keçib və bu mövsüm 16 oyunda 6 qol, 5 asistlə yadda qalıb.
Onun müqaviləsi 2027-ci ilə kimidir.